Rəsmi gəliri olmayan müştərilərə TezAl məhsulu üzrə kredit verilir ?
Bəli, TezAl məhsulu üzrə kredit müştərinin rəsmi gəliri olmasa da verilir
TezAlda eyni anda bir neçə kredit ola bilərmmi ?
Eyni anda bir neçə kredit ola bilməz, aktiv kreditinizi bağlayıb yeni kredit əldə edə bilərsiniz
Mənə qısamüddətli şəxsi istifadə məqsədi ilə nağd pul krediti lazımdır. TezAl məhsulu üzrə kredit götürə bilərəmmi ?
Xeyr, təəssüflər olsun ki, TezAl məhsulu üzrə kredit yalnız müəyyən əşyaların (elektronika, mebel və s.) alınması məqsədi ilə verilir.
TezAlda kredit almaq üçün nə lazımdır ?
Azərbaycan Respublikasının vətəndaşı olmalısınız, aktiv kreditləriniz gecikmədə olmamalıdır, əgər əvvəlki kreditlərinizdə gecikmələr olubsa və bağlanıbsa həmin kreditdən sonra hər hansı kredit üzrə 3 ardıcıl ay gecikməsiz ödənişiniz olmalıdır.
Bankda və ya digər kredit təşkilatlarında artıq kreditim varsa, kredit əldə edə bilərəmmi ?
Bəli, aktiv kreditlər üzrə özdənişlərinizi gecikdirmədiyiniz halda TezAl kreditini əldə edə bilərsiniz.
Mənə TezAl kreditinin verilməsindən niyə imtina edilir ?
Təəssüf ki, aşağıdakı hallarda biz Sizə TezAl krediti verə bilmirik;
- Kredit ödənişləriniz vaxtında ödənilmədiyi
- Kredit rəsmiləşmə zamanı düzgün məlumatlar vermədiyiniz halda
- Yaşınız 20-dən aşağı və ya 70-dən yuxarıdırsa
Kredit məbləği bank hesabına nə zaman köçürüləcək ?
Kredit müqaviləsi online şəkildə (SİMA vasitəsiylə) hər iki tərəfdən imzalandıqdan sonra bank hesabınıza köçürüləcəkdir, pulun bank hesabınıza köçürülməsi bankınızın əməliyyatlarının sürətindən aslıdır və 10 dəqiqədən 3 iş gününədək çəkə bilər.
Kredit neçə aylıq verilir ?
Kreditin müddəti 3 ay və 4 ay (müştərinin istəyindən aslı olaraq)
Hansı məbləğdə pul götürə bilərəm ?
TezAl kreditinin məbləği 124 AZN-dən 1125 AZN-dəkdir.
Krediti vaxtından qabaq ödəsəm növbəti mərhələyə keçə bilərəm ?
Bəli keçə bilərsiniz.